Xəbərlər

Maliyyə Savadlılığı layihəsi üzrə növbəti təlimlər keçirilmişdir

Maliyyə Savadlılığı layihəsi üzrə növbəti təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “Maliyyə Savadlılığı” layihəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə  əməkdaşlığı çərçivəsində növbəti təlim təşkil edilmişdir.

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm - Tədris Mərkəzində təlimlərin keçirilməsinə başlanılıb. Təlimlər Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün regionları əhatə edəcək. 

Maliyyə Elm-Tədris Mərkəzində Beynəlxalq Mühasib Günü ilə əlaqədar keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıb

Maliyyə Elm-Tədris Mərkəzində Beynəlxalq Mühasib Günü ilə əlaqədar keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıb

10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb:
1-ci yer - Rzayev Vüsal;
2-ci yer - Səmədov Tahir;
3-cü yer - Mürsəlova Sevda.
 

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq cari il 3 noyabr tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda müsabiqə keçiriləcəkdir.

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 21 iyun tarixində Qəbələ şəhərində seminar keçirilib.

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasibləri ödənişsiz təlimə dəvət edir!

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasibləri ödənişsiz təlimə dəvət edir!

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "KOS subyektlərində mühasibat uçotunun aparılması" mövzusunda təlimlərə başlayır.

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 18 may tarixində Naxçıvan Muxtar Respublikasında seminar keçiril

Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

10 may 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib. Əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunub. Tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

2018-ci il 10 may tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunda ən yaxşı elmi məqalələr müsabiqəsinin qaliblərinin  mükafatlandırılması keçirilib: 

Maliyyə Elm-Tədris Mərkəzi ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir

Maliyyə Elm-Tədris Mərkəzi ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunu əhatə edən ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir.
           Müsabiqənin şərtləri:
- Məqalələr maksimum 12 min işarədən ibarət olmalıdır;
- Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan və ya rus dilində ola bilər;

Syndicate content