Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələri açıqlanmışdır

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələri açıqlanmışdır

Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində cari ilin sentyabr ayından başlanılan təlimlərin ilkin mərhələsi yekunlaşmışdır.
Yerli və beynəlxalq təlimçilər tərəfindən keçiriləcən təlimlərin nəticəsi imtahanla müəyyənləşdirilmişdir. İmtahanlar tam kompüterləşmiş xüsusi proqram vasitəsilə keçirilmişdir.
“Maliyyə uçotu” fənni üzrə keçirilmiş imtahanların nəticələrinə görə təlimə cəlb edilmiş 242 nəfərdən 167 nəfər(bunlardan 5 nəfər təkrar imtahandan) müvəffəqiyyət qazanmışdır.
İmtahanların nəticələrinə görə ən yüksək bal toplamış şəxslər aşağıda qeyd olunanlardır:
Nəsibova Kəmalə – 96 bal
Cəbrayılova Aynur – 94 bal
Süleymanlı İsa – 92 bal
Əhmədov Emil – 90 bal
Qasımova Gülbahar – 90 bal
Mədətov Elvin – 90 bal.