Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 20-29 oktyabr 2014-cü il tarixlərində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi” mövzüsunda təlim keçirilmişdir.
Təlim müddətində dinləyicilərə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin aparılması zamanı nəzarət obyektlərində ayrı-ayrı sahələrin və sualların seçmə üsulu ilə yoxlanılmasına dair Metodiki Tövsiyələrin tələblərinə uyğun təşkil olunması, qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılmasının əsasları, məqsədi və metodları, maliyyə və sığorta qaydalarının əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasının xüsusiyyətləri, dövlət maliyyə nəzarəti sahəsində beynəlxalq təcrübə, məhkəmə və prokurorluq orqanlarının qərarlarına əsasən nəzarət tədbirlərinin təşkili və aparılmasının xüsusiyyətləri, regional maliyyə müfəttişlikləri tərəfindən nəzarət tədbirlərinin aparılması və onların müddətlərinin artırılması, nəzarət tədbirlərinin aparılması üzrə nəzarətçi-müfəttişlərin hüquq və vəzifələri, nəzarət tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsi, dövlət büdcəsinin gəlir və xərclərinin proqnozunun tərtibi ilə bağlı qüvvədə olan normativ-hüquqi aktlar, son illərdə bu sahədə baş vermiş dəyişikliklər, yerli xərclərin icrası, büdcə təşkilatlarında yoxlama təhlillərin aparılması ilə bağlı yerlərdə büdcə şöbəsinin işçiləri ilə nəzarətçi müfəttişlərin birgə fəaliyyəti və s. mövzularda mühazirələr oxunmuşdur.