Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 01-10 dekabr 2014-cü il tarixlərində “Regional maliyyə müfəttiş¬lik¬lərinin rəisləri” və rayon( şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin) “Büdcə proqnozu” üzrə mütəxəssislərinə təlimlər keçirilmişdir.
Təlim müddətində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən maliyyə nəzarəti tədbirlərinin planlaşdırılması, aparılması və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”, "Nəzarət tədbirlərinin aparılmasının əsasları, məqsədi və metodları", “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda nəzarət tədbirlərinin aparılması məqsədilə risklərin qiymətləndirilməsi üzrə Metodik Tövsiyələr”, "Risklərin qiymətləndirilməsinin mahiyyəti və əsas anlayışlar", "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılması", "Xəzinədarlığın informasiya idarəetmə sistemi", "Dövlət qulluqçularının etik davranış qaydaları və informasiya azadlığının təmin olunması" və s. mövzularda mühazirələr oxunmuşdur.
Rayon (şəhər) üzrə maliyyə idarələrinin(şöbələrinin) “Büdcə proqnozu” üzrə mütəxəssislərinə isə "Növbəti il üçün dövlət büdcəsinin və sonrakı üç ilin icmal büdcəsinin, o cümlədən rayon və şəhərlərin gəlir və xərclərinin proqnozunun hazırlanması ilə bağlı qüvvədə olan normativ-hüquqi aktlar, bu sənədlərdə ediləcək əlavə və dəyişikliklər barədə", "Yerli gəlir və xərclərin proqnozunun tərtibi zamanı baş kredit sərəncamçıları ilə maliyyə orqanlarının birgə fəaliyyəti", "Büdcə təşkilatlarının şəbəkə, ştat və kontingent kitablarının, qəsəbə və kənd nümayəndəliklərin büdcə kitablarının doldurulması, bu göstəricilərin orta illik sayının müəyyən edilməsi barədə", "Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması ilə bağlı görülən işlər, materialların təqdim edilməsi, baxılması və onların təsdiqi, dövlət büdcəsinin təkmilləşdirilməsi və icrası ilə bağlı təhlillərin aparılması barədə" və s. mövzularda mühazirələr oxunmuşdur.