Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat uçotu üzrə təlimlərin üçüncü mərhələsinə start verilmişdir
Azərbaycan Respublikasında mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” mövzusunda təlimlərin üçüncü mərhələsinə start verilmişdir. Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində həyata keçirilən təlimlər dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.