Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyaların baş mühasibləri üçün treninq təşkil ediləcək

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyaların baş mühasibləri üçün treninq təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası" təsdiq edilmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə sözügedən təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün 3 gün ərzində treninq keçiriləcəkdir.
Analoji addım «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»nın ilkin tətbiqi zamanı da atılmışdır. Beləki, qeyri-hökumət təşkilatlarının hesabatların tərtibi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün həmin təşkilatlara Maliyyə Nazirliyinin xüsusi hazırladığı təlimçilər tərəfindən müvafiq təlimlər keçirilmişdir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.