Sumqayıt Dövlət Universiteti və Maliyyə Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Sumqayıt Dövlət Universiteti və Maliyyə Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Cari ilin Aprelin 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirilmişdir.

Konfrans çərçivəsində Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov ilə birgə təhsil, elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması,birgə tədbirlərin, o cümlədən, ekskursiyaların, treninqlərin, seminar,dəyirmi masa, konfrans və forumların təşkili, dərs vəsaiti, monoqrafiyaların hazırlanması üzrə əməkdaşlıq müqavilələri imzalanmışdır.