Xəyal Bağırov

AR Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Aparıcı məsləhətçi

İlk olaraq bildirmək istərdim ki, Maliyyə Nazirliyinin və bu tədris mərkəzinin gördüyü işlər əvəzolunmazdır. Büdcə təşkilatında çalışan hər bir mühasibin burada iştirakı mütləqdir. Kurslarda biz mühasibləri maraqlandıran bütün sualların cavablandırılması təqdirəlayiqdir. Hətta çox az təcrübəsi olan mühasib belə bu kursu tam bitirdikdən sonra hərtərəfli mühasib kimi formalaşmış olur. Vergi, hüquq, maliyyə hesabatlarının beynəlxalq standartları, milli mühasibat uçotu standartları, içtimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının hərtərəfli izahı çox maraqlı və məqsədli idi. Təklif kimi praktiki olaraq büdcə təşkilatında uzun müddət çalışan, təcrübəli mütəxəssislərin dərslərdə müəllim kimi cəlb olunması məncə daha maraqlı olardı. İşlərinizdə uğurlar arzu edirəm. Ümummilikdə çox uğurlu bir idareətme və məqsəd var ortada.