Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 19-21 aprel tarixlərində Qax və Yevlax şəhərlərində Qax, Zaqatala, Balakən, Oğuz, Yevlax, Mingəçevir, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın, Zərdab və Ağdaş rayon(şəhər) üzrə maliyyə idarələrinin(şöbələrinin) aidiyyəti işçiləri üçün "Xəzinə əməliyyatları" üzrə təlim keçirilmişdir.