Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2017-ci il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2017-ci il 4 oktyabr tarixində Siyəzən şəhərində Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Xızı rayonları (şəhərləri) üzrə maliyyə idarələrinin (şöbələrinin) aidiyyəti işçiləri üçün“Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili, Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdən irəli gələn məsələlər” mövzusunda regional təlim keçirilmişdir.
![]() |
![]() |
![]() |