Kommersiya təşkilatlarında vergi uçotunun təşkili

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat uçotu sahəsində karyeralarını qurmaq istəyən şəxsləri "Kommersia təşkilatlarında vergi uçotu" təliminə dəvət edir.

 

Təlim proqramı: “Kommersiya təşkilatlarında vergi uçotunun təşkili”
Tədris dili: Azərbaycan dili
Təlimin keçirildiyi yer: Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan (Maliyyə Elm-Tədris Mərkəzinin binası)
Təlimin başlanma tarixi: 01aprel 2017-ci il
Təlim iştirakçılarının sayı: 10 nəfərədək
Təlimin müddəti: 40 saat, 12 həftə (3 ay)
Tədris günləri: Şənbə : 16.00-19.00 və ya 17.00-20.00
Təlimin ümumi qiyməti – 300 AZN 

Təlimçi: Sadiq Vəliyev

Kommersiya təşkilatında baş mühasib, Sərbəst vergi məsləhətçisi. Müxtəlif sektorlarda (İaşə, tikinti, beynəlxalq daşıma, otelçilik, və s.) fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq çərçivəsində təcrübəyə malikdir.Azərbaycan Dövlət İqtsad Universiteti Maliyyə-kredit fakültəsi məzunudur.

Təlim kimlər üçün hazırlanıb?

Təlim proqramı karyerasını maliyyə-mühasibatlıq sahəsində qurmaq istəyən, istənilən orta ixtisas və ali məktəblərin tələbə və məzunları, ixtisasını təkmilləşdirmək arzusunda olan dinləyicilər və mühasiblər üçün nəzərdə tutulub.

Təlimin hədəfi:

  • Müəssisənin dövri əməliyyatlarını vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirmək
  • Hesabataları düzgün hazırlamaq
  • Təcrübəli mühasiblərin bilik və bacarıqlarını təkmilləşdirmək

Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.

Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici sertifikatı təqdim ediləcəkdir.

Bizi fərqləndirən əsas cəhətləri

  • Peşəkar idarəçilik  və təlimçilər komandası
  • Müasir bilik standartlarının tətbiqi
  • Hər bir dinləyiciyə fərdi yanaşma metodikası
  • Sizi ilk növbədə sertifikatla deyil, bilik və bacarıqla təmin etmək
  • Təlimlərdən sonra da hər zaman prşəkar fəaliyyətinizədə dəstək olmaq
  • .............

Qeydiyyatdan keçmək üçün:

Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan
Əlaqətelefonu: (012) 404 81 59; (012) 404 81 50
E-poçtünvanı: office@tedris-maliyye.gov.az;   metm2002@gmail.com
http://tedris-maliyye.gov.az/
https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/