Xəbərlər

Son xəbərlər

Images
  • 06 Aprel 2023

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində növbəti təlimlər keçirilir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Maliyyə Elm-Tədris Mərkəzində 2023-cü il üzrə tədrisin keçirilməsi üçün plan-qrafikə uyğun olaraq aprelin 5-də rayon-şəhər üzrə maliyyə idarələrinin rəhbərləri üçün təlimlərə başlanılıb.

Ətraflı
Images
  • 08 Fevral 2021

Maliyyə Elm-Tədris Mərkəzi peşəkar mühasib olmaq istəyən şəxsləri maarifləndirir

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxslər peşəkar mühasib kimi dövlət reyestrinə daxil ediləcəkdir.

Ətraflı
Images
  • 08 Fevral 2021

Maliyyə Elm-Tədris Mərkəzinin 2021-ci il üçün tədris plan-qrafiki təsdiq edilmişdir

Maliyyə Elm-Tədris Mərkəzinin 2021-ci il ərzində tədris sahəsindəki fəaliyyətini tənzimləmək məqsədi ilə Maliyyə Nazirliyinin 2021-ci il 28 yanvar tarixli müvafiq əmri ilə 2021-ci il üçün tədris plan-qrafiki təsdiq edilmişdir.

Ətraflı

Xəbər arxivi

  • 25 Fevral 2020

Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

İclasın gündəliyinə əsasən, Mərkəzin 2019-cu il üzrə fəaliyyəti, Elmi Şuranın 2020-ci il üçün iş planının, tədris plan-qrafikinin, 2020-cil il ərzində təşkil olunacaq təlimlər üzrə tədris proqramlarının təsdiqi məsələləri müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir.

  • 27.11.2019

Maliyyə Elm-Tədris Mərkəzi regionlarda növbəti təlimlər kecirmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrin rəhbər işçiləri, mütəxəssisləri və kadr işinin aparılmasına məsul şəxslər” üçün “Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili”, “Çağırışçıların...

  • 27.11.2019

Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən "Azərsığorta" şirkətinin əməkdaşlarının attestasiyası keçirilir.

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi arasında bağlanılmış əməkdaşlıq müqaviləsinə əsasən, 25-29 noyabr 2019-cu il tarixi ərzində METM tərəfindən "Azərsığorta" şirkətinin əməkdaşlarının attestasiyası aparılır. Attestasiyaya xüsusi imtahan proqramı vasitəsi...

  • 18.11.2019

Maliyyə Nazirliyi KOS subyektləri üçün regionlarda növbəti təlimlər kecirmişdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 14.11.2019-cu il tarixində Zaqatala, 15.11.2019-cu il tarixində isə Göyçay şəhərlərində seminarlar keçirilib.

  • 18.11.2019

Maliyyə Elm-Tədris Mərkəzində Beynəlxalq Mühasib Günü ilə əlaqədar keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıb

10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

  • 30.09.2019

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin nəzərinə!

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq “Mühasibat uçotu” üzrə bilik yarışması elan edir.

  • 30.09.2019

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda müsabiqə elan edir.

  • 04.07.2019

Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

03 iyul 2019-cu il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən, Mərkəzin 2019-cu ilin birinci yarımilliyi üzrə fəaliyyəti, tədris plan-qrafikinin icra vəziyyəti müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir.

  • 25.06.2019

Maliyyə Nazirliyi KOS subyektləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 18.06.2019-cu il tarixində Şəmkir,19.06.2019-cu il tarixində isə Gəncə şəhərlərində seminarlar keçirilib.

  • 25.06.2019

Maliyyə Elm-Tədris Mərkəzi regionlarda növbəti təlimlər kecirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrin rəhbər işçiləri, mütəxəssisləri və kadr işinin aparılmasına məsul şəxslər” üçün

  • 20.05.2019

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində növbəti təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Maliyyə Elm-Tədris Mərkəzində tədrisin keçirilməsi üçün plan-qrafikə uyğun olaraq, yerli maliyyə orqanlarının “Büdcə proqnozu üzrə mütəxəssislər”i üçün “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” və “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” üzrə mütəxəssislər üçün 13-17 may 2019-cu il tarixində nöbəti təlimlər keçirilmişdir.

  • 09.05.2019

Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

8 may 2019-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

  • 26.04.2019

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 2018-ci il üzrə informasiya məlumatlarını təqdim edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus...

  • 25.04.2019

Sumqayıt Dövlət Universiteti və Maliyyə Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Cari ilin Aprelin 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirilmişdir.

  • 22.04.2019

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Maliyyə Elm-Tədris Mərkəzində “Nazirliyin yerli bölmələrinin, regional orqanlarının rəhbərləri” üçün “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması” mövzusunda növbəti təlimlər keçirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Maliyyə Elm-Tədris Mərkəzində Tədrisin keçirilməsi üçün 2019-cu il 18 yanvar İ-17 nömrəli əmri ilə təsdiq edilmiş plan-qrafikə uyğun olaraq Maliyyə Elm-Tədris Mərkəzində “Nazirliyin yerli bölmələrinin, regional (zona) orqanlarının rəhbərləri” üçün “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması” mövzusunda 15-19 aprel tarixində təlimlər keçirilmişdir.

  • 03.04.2019

Maliyyə Nazirliyi Mikro, Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 28.03.2019-cu il tarixində Quba, 02.04.2019-cu il tarixində isə Lənkəran şəhərlərində seminarlar keçirilib.

  • 11.03.2019

Maliyyə Savadlılığı layihəsi üzrə növbəti təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “Maliyyə Savadlılığı” layihəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əməkdaşlığı çərçivəsində növbəti təlim təşkil edilmişdir.

  • 11.03.2019

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2019-cu il üçün tədris plan-qrafiki təsdiq edilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2019-cu il ərzində tədris sahəsindəki fəaliyyətini tənzimləmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2019-cu il 18 yanvar tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2019-cu il üçün tədris plan-qrafiki təsdiq edilmişdir.

  • 19.11.2018

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün Maliyyə Nazirliyi yanında...

  • 12.11.2018

Maliyyə Elm-Tədris Mərkəzində Beynəlxalq Mühasib Günü ilə əlaqədar keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıb

10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

  • 15.10.2018

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq cari il 3 noyabr tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda müsabiqə keçiriləcəkdir.

  • 28.06.2018

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 21 iyun tarixində Qəbələ şəhərində seminar keçirilib.

  • 06.06.2018

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasibləri ödənişsiz təlimə dəvət edir!

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "KOS subyektlərində mühasibat uçotunun aparılması" mövzusunda təlimlərə başlayır.

  • 21.05.2018

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 18 may tarixində Naxçıvan Muxtar Respublikasında seminar keçirilib.

  • 11.05.2018

Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

10 may 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

  • 10.05.2018

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

2018-ci il 10 may tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunda ən yaxşı elmi məqalələr müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçirilib

  • 09.04.2018

Maliyyə Elm-Tədris Mərkəzi ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunu əhatə edən ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir.

  • 22.02.2018

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimlərə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 21 fevral tarixində Sumqayıt şəhərində seminar keçirilib.

  • 15.02.2018

Maliyyə Elm-Tədris Mərkəzində Kiçik və Orta Sahibkarlıq Subyektlərində çalışan mühasiblər üçün ödənişsiz təlim təşkil ediləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində ilk mərhələdə ortahəcmli müəssisələrdə bu standartların tətbiqinin təşviq edilməsi nəzərdə tutulmuşdur.

  • 13.02.2018

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində daha bir ödənişsiz təlim layihəsi!

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, tarixinin 50-ci ildönümü ilə əlaqədar olaraq daha bir ödənişsiz təlim layihəsinə start vermək qərarına gəlmişdir.

  • 12.02.2018

100 illiyin Mühasibi – ödənişsiz tədris-təcrübə layihəsi!

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixində imzaladığı Sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

  • 29.01.2018

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2018-ci il üçün tədris plan-qrafiki təsdiq edilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2018-ci il ərzində tədris sahəsindəki fəaliyyətini tənzimləmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2018-ci il 26 yanvar tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2018-ci il üçün tədris plan-qrafiki təsdiq edilmişdir.

  • 29.12.2017

Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “Tələbə gənclərin peşəkar inkişafına dəstək” layihəsinə start verilmişdir

28 dekabr 2017 - ci il tarixində Maliyyə Elm-Tədris Mərkəzində İlin yekunları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə cari il ərzində görülmüş işlər və növbəti ildə nəzərdə tutulmuş layihələr haqqında müzakirələr aparılmışdır.

  • 25.12.2017

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi bilik yarışması təşkil edlmişdir

2017-ci il 24 dekabr tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ödənişsiz təlimə qeydiyyatdan keçmiş şəxslər üçün "Maliyyə və mühasibatlıq" üzrə bilik yarışması keçirilmişdir.

  • 18.12.2017

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi bilik yarışması təşkil edir.

2017-ci il 24 dekabr tarixində ödənişsiz təlimə qeydiyyatdan keçmiş şəxslər üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Maliyyə və mühasibatlıq" üzrə bilik yarışması keçiriləcəkdir. Suallar iqtisadi nəzəriyyə, dövlət maliyyəsi, vergilər və mühasibat uçotunu əhatə edəcəkdir.

  • 04.12.2017

Maliyyə Elm-Tədris Mərkəzi tələbələr üçün ödənişsiz təqaüd proqramı elan edir

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin BAKALAVR və MAGİSTR pilləsində təhsil alan TƏLƏBƏLƏRİN nəzərinə!

  • 13.11.2017

Beynəlxalq Mühasiblər Günü ilə bağlı tədbir keçirilmişdir

10 noyabr 2017-ci il tarixində "Beynəlxalq Mühasiblər Günü" münasibəti ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Azərbaycan Respublikasında mühasibat uçotunun tətbiqinin mövcud vəziyyəti və insan kapitalı amili" mövzusunda seminar təşkil edilmişdir.

  • 14.10.2017

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin aidiyyəti əməkdaşları üçün təlim keçirilmişdir

2017-ci il 12 oktyabr tarixində Maliyyə Elm-Tədris Mərkəzində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2017-ci il üçün illik iş planına uyğun olaraq Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin aidiyyəti əməkdaşları üçün təlim keçirilmişdir.

  • 09.10.2017

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri üçün təlimlər təşkil edir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin əsas strateji hədəflərindən biri Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsidir.

  • 08.10.2017

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2017-ci il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2017-ci il 4 oktyabr tarixində Siyəzən şəhərində Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Xızı rayonları (şəhərləri) üzrə maliyyə idarələrinin (şöbələrinin) aidiyyəti işçiləri üçün“Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili, Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdən irəli gələn məsələlər” mövzusunda regional təlim keçirilmişdir.

  • 08.10.2017

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2017-ci il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2017-ci il 5 oktyabr tarixində Xaçmaz şəhərində Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Xızı rayonları (şəhərləri) üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibatlıq işçiləri üçün “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” mövzusunda regional təlimlər keçirilmişdir.

  • 05.09.2017

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat uçotu üzrə maraqlı şəxsləri 09 Sentyabr 2017-ci il tarixində "Açıq Qapı" gününə dəvət edir.

Tədbir zamanı Beynəlxalq və Milli mühasibat uçotunun faydaları haqqında geniş məlumat əldə etmək fürsəti qazanacaq, respublikamızda fəaliyyət göstərən peşəkar mühasiblərlə görüşəcək və sizi maraqlandıran sualları ünvanlandırmaq imkanı əldə edəcəksiniz.

  • 31.05.2017

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2017-ci il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2017-ci il 25 - 26 may tarixlərində Lənkəran və Masallı şəhərlərində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonları (şəhərləri) üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibatlıq işçiləri üçün “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” mövzusunda regional təlimlər keçirilmişdir.

  • 23.05.2017

“Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2017-ci il üçün illik İş Planına uyğun olaraq 2017-ci il, 18-19 may tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Nazirliyinin aparatının, onun strukturuna daxil olan dövlət agentlik və xidmətlərinin dövlət qulluqçularına, yerli bölmələrinin rəhbər işçilərinə “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim təşkil edilmişdir.

  • 13.03.2017

Mühasib xanımlara ödənişsiz təlim paketi hədiyyə edilib

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 8 Mart Qadınlar günü ərəfəsində mühasib xanımlara bayram hədiyyəsi edib.

  • 10.02.2017

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

09 fevral 2017-ci il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən, Mərkəzin 2016-cı ilin yekunları üzrə fəaliyyəti müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir.

  • 03.02.2017

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat uçotu üzrə ödənişli təlimlərə start verir

Əlavə təhsil fəaliyyəti üzrə Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyaya malik, maliyyə və mühasibat uçotu üzrə ən müasir bilik standartlarını tətbiq edən Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi aşağıda qeyd olunan istiqamətlər üzrə ödənişli təlimlərə start verir:

  • 15.01.2017

Maliyyə Nazirliyi və ARPA memorandum imzalayıb

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədi ilə peşəkar mühasib təşkilatları ilə əməkdaşlığa başlayıb. Beləki, Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanıb.

  • 23.11.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi mühasibat uçotu üzrə növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 17 - 18 noyabr tarixlərində Yevlax və Gəncə şəhərlərində Gəncə, Yevlax, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Goranboy, Ağdam, Bərdə, Tərtər, Samux, Naftalan, Daşkəsən, Kəlbəcər, Xocalı rayonları (şəhərləri) üzrə "Yerli xərclərdən maliyyələşən büdcə və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların baş mühasibləri” üçün “Büdcə təşkilatlarında beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda regional təlimlər keçirilmişdir.

  • 03.11.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 27 - 28 oktyabr tarixlərində Siyəzən şəhərində Siyəzən, Xızı, Xaçmaz, Quba, Qusar və Şabran rayonları (şəhərləri) üzrə Maliyyə idarələrinin (şöbələrinin) aidiyyəti mütəxəssisləri üçün “Xəzinə əməliyyatlarının təşkili, aparılması və dövlət büdcəsinin uçotu və hesabatı” mövzusunda regional təlimlər təşkil edilmişdir.

  • 03.11.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi mühasibat uçotu üzrə növbəti təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 25-27 oktyabr 2016-cı il tarixlərində mərkəzləşdirilmiş xərclərdən maliyyələşən büdcə təşkilatlarının aidiyyəti mütəxəssisləri üçün “Büdcə təşkilatlarında beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlər təşkil edilmişdir.

  • 12.10.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 06 - 07 oktyabr tarixlərində Şəki və Şamaxı şəhərlərində Şəki, Şamaxı, Qəbələ, Qax, Balakən, Zaqatala, Oğuz, Qobustan, Ağsu, Göyçay, İsmayıllı rayonları (şəhərləri) üzrə "Yerli xərclərdən maliyyələşən büdcə və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların baş mühasibləri” üçün “Büdcə təşkilatlarında beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda regional təlimlər keçirilmişdir.

  • 14.06.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 09-10 iyun tarixlərində Gəncə və Tovuz şəhərlərinda Gəncə, Goranboy, Daşkəsən, Samux, Göygöl, Kəlbəcər, Xocalı, Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayon(şəhər) üzrə maliyyə idarələrinin(şöbələrinin) aidiyyəti işçiləri üçün "Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili” və “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” mövzuları üzrə növbəti regional təlimlər keçirilmişdir.

  • 16.05.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 12-13 may tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aidiyyəti işçilər üçün "Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili”, “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” və “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” mövzuları üzrə növbəti regional təlimlər keçirilmişdir.

  • 22.04.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi "Xəzinə əməliyyatları" mövzusundə regional təlim keçirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 19-21 aprel tarixlərində Qax və Yevlax şəhərlərində Qax, Zaqatala, Balakən, Oğuz, Yevlax, Mingəçevir, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın, Zərdab və Ağdaş rayon(şəhər) üzrə maliyyə idarələrinin(şöbələrinin) aidiyyəti işçiləri üçün "Xəzinə əməliyyatları" üzrə təlim keçirilmişdir.

  • 17.02.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2016-cı il üçün tədris plan-qrafiki təsdiq edilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2016-cı il üçün tədris plan-qrafiki təsdiq edilmişdir.

  • 19.01.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat uçotu üzrə növbəti imtahan keçirilmişdir.

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində, 2015-ci ilin oktyabr ayından başlayaraq, Təhsil Nazirliyinin müraciətinə əsasən, onların tabeliyində olan təşkilatların baş mühasib və mühasiblərinə "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları" üzrə təlim keçirilmişdir.

  • 30.11.2015

Maliyyə Nazirliyi sisteminə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq müsabiqə yolu ilə qəbul edilmiş şəxslər üçün təlim təşkil edilmişdir

Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2015-ci il 25-27 noyabr tarixində Maliyyə Nazirliyi sisteminə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq müsabiqə yolu ilə qəbul edilmiş şəxslər üçün təlim təşkil edilmişdir.

  • 02.11.2015

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2015-ci il 26-31 oktyabr tarixində rayon(şəhər) üzrə maliyyə idarələrindən(şöbələrindən) və xəzinədarlıq idarələrindən dəvət edilmiş dinləyicilər üçün «Xəzinə əməliyyatlarının təşkili və aparılması» mövzusunda növbəti ixtisasartırma kursu təşkil edilmişdir.

  • 29.10.2015

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat üçotu üzrə növbəti təlimlər keçirilir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədilə təlimləri davam etdirir.

  • 10.02.2015

Tədris plan-qrafiki təsdiq olunmuşdur

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2015-ci il 03 fevral tarixli müvafiq əmri ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2015-ci il ərzində tədris sahəsindəki fəaliyyətini tənzimləmək məqsədilə tədris plan-qrafiki təsdiq olunmuşdur.

  • 17.12.2014

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 01-10 dekabr 2014-cü il tarixlərində “Regional maliyyə müfəttiş¬lik¬lərinin rəisləri” və rayon( şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin) “Büdcə proqnozu” üzrə mütəxəssislərinə təlimlər keçirilmişdir.

  • 27.11.2014

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinə əlavə təhsil fəaliyyəti üzrə lisenziya verilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ixtisasartırma, stajkeçmə və kadrların əlavə təkmilləşdirilməsi istiqaməti üzrə əlavə təhsil fəaliyyətinə lisenziya verilmişdir.

  • 22.11.2014

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq “Nazirliyin yerli bölmələrinin, regional(zona) orqanlarının rəhbərləri üçün” Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 17-21 noyabr 2014-cü il tarixlərində “Maliyyə Nazirliyi sistemində kargüzarlığın təşkili və aparılması” mövzüsunda təlim keçirilmişdir.

  • 30.10.2014

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 20-29 oktyabr 2014-cü il tarixlərində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi” mövzüsunda təlim keçirilmişdir.

  • 27.10.2014

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrlə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 15-24 oktyabr tarixlərində “Xəzinə əməliyyatlarının təşkili və aparılması” mövzusunda təlim keçirilmişdir.

  • 04.10.2014

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 24 sentyabr-03 oktyabr 2014-cü il tarixlərində “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” mövzüsunda təlim keçirilmişdir.

  • 22.10.2013

Maliyyə Nazirliyi regionlarda “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimləri davam etdirir

Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin beynəlxalq mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə 2013- cü il 21 oktyabr tarixində Gəncə və Yevlax səhərlərində, eyni zamanda Şəmkir və İmişli rayonlarında “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start verilmişdir.

  • 16.09.2013

Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibatlıq işçiləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində mühasibat uçotu sahəsində ən mötəbər beynəlxalq institutların təcrübəsi əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanmış Sertifikasiya modeli əsasında dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində təlimləri davam etdirilir.

  • 12.06.2013

Maliyyə Nazirliyi büdcə təşkilatlarının mühasibatlıq işçiləri üçün uçüncü səviyyə fənni üzrə imtahan təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində büdcə təşkilatlarının mühasibatlıq işçilərinin üçüncü səviyyə üzrə növbəti qruplarının təlimləri başa çatmışdır.

  • 04.06.2013

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasında “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start vermişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində mühasibat uçotu sahəsində mötəbər beynəlxalq institutların təcrübəsi əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanmış tədris proqramları əsasında dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2012-ci ilin sentyabr ayından başlayaraq təlimlər keçirilir.

  • 14.05.2013

Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları üzrə regional təlimləri davam etdirir

Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 2013- cü il 13 may tarixində Xaçmaz və Oğuz rayonlarında “Beynəlxalq mühasibat uçotunun əsasları” üzrə təlimlərə start vermişdir.

  • 05.04.2013

Maliyyə Nazirliyi büdcə təşkilatlarının mühasibatlıq işçiləri üçün uçüncü səviyyə fənni üzrə imtahan təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sek¬tor-la¬rında Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində büdcə təşkilatlarının mühasibatlıq işçilərinin üçüncü səviyyə üzrə ilkin qruplarının təlimləri başa çatmışdır. 03 aprel 2013-cü il tarixində təlim iştirakçıları “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” fənnindən imtahan vermişlər.

  • 02.04.2013

Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start vermişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start verilmişdir. İlk regional təlimin 01 aprel 2013-cü il tarixindən Maliyyə Nazirliyinin Saatlı Rayonu üzrə Maliyyə İdarəsində, həmin rayonun büdcə təşkilatlarının baş mühasibləri üçün keçirilməsinə başlanılmışdır.

  • 14.02.2013

Siyasi partiyaların nümayəndələri üçün seminar praktikumlara start verilmişdir

Siyasi partiyalar tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə yaranacaq ilkin çətinliklərin qarşısının alınması məqsədi ilə, həmin təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2013-cü il 13 fevral tarixində seminar praktikum təşkil edilmişdir. İlk seminar praktikumda 13 siyasi partiyadan 16 nəfər nümayəndə iştirak edir. Seminar 15 fevral tarixinə qədər davam edəcəkdir.

  • 21.01.2013

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat uçotu üzrə təlimlərin üçüncü mərhələsinə start verilmişdir

Azərbaycan Respublikasında mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” mövzusunda təlimlərin üçüncü mərhələsinə start verilmişdir.

  • 29.12.2012

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələrinə həsr olunmuş tədbir keçirilmişdir

28 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələrinə həsr olunmuş tədbir keçirilmişdir.

  • 24.12.2012

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələri açıqlanmışdır

Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində cari ilin sentyabr ayından başlanılan təlimlərin ilkin mərhələsi yekunlaşmışdır.

  • 26.11.2012

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyaların baş mühasibləri üçün treninq təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası" təsdiq edilmişdir.

  • 22.11.2012

Maliyyə Nazirliyi mühasibat uçotu üzrə təlimlərin ikinci mərhələsinə start vermişdir

Azərbaycan Respublikasında mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzində dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssisləri üçün təlimlərin ikinci mərhələsinə start verilmişdir.

  • 14.09.2012

Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları üzrə bir neçə mərhələli təlimlərə start verir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ənənəvi milli mühasibat uçotu sisteminin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görülür.

Copyright 2023 METM. Created By Onneks Lab