Xəbərlər

25.12.2017

2017-ci il 24 dekabr tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ödənişsiz təlimə qeydiyyatdan keçmiş şəxslər üçün "Maliyyə və mühasibatlıq" üzrə bilik yarışması keçirilmişdir.

18.12.2017

2017-ci il 24 dekabr tarixində ödənişsiz təlimə qeydiyyatdan keçmiş şəxslər üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Maliyyə və mühasibatlıq" üzrə bilik yarışması keçiriləcəkdir. Suallar iqtisadi nəzəriyyə, dövlət maliyyəsi, vergilər və mühasibat uçotunu əhatə edəcəkdir.

04.12.2017

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin BAKALAVR və MAGİSTR pilləsində təhsil alan TƏLƏBƏLƏRİN nəzərinə!

13.11.2017

10 noyabr 2017-ci il tarixində "Beynəlxalq Mühasiblər Günü" münasibəti ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Azərbaycan Respublikasında mühasibat uçotunun tətbiqinin mövcud vəziyyəti və insan kapitalı amili" mövzusunda seminar təşkil edilmişdir.

14.10.2017

2017-ci il 12 oktyabr tarixində Maliyyə Elm-Tədris Mərkəzində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2017-ci il üçün illik iş planına uyğun olaraq Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin aidiyyəti əməkdaşları üçün təlim keçirilmişdir.