Xəbərlər

23.05.2017

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair  2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2017-ci il üçün illik İş Planına uyğun olaraq 2017-ci il, 18-19 may tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Nazirliyinin aparatının, onun strukturuna daxil olan dövlət agentlik və xidmətlərinin dövlət qulluqçularına, yerli bölmələrinin rəhbər işçilərinə “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim təşkil edilmişdir.

13.03.2017

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 8 Mart Qadınlar günü ərəfəsində mühasib xanımlara bayram hədiyyəsi edib.

10.02.2017

09 fevral 2017-ci il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən,   Mərkəzin 2016-cı ilin yekunları üzrə fəaliyyəti müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir.

03.02.2017

Əlavə təhsil fəaliyyəti üzrə Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyaya malik, maliyyə və mühasibat uçotu üzrə ən müasir bilik standartlarını tətbiq edən Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi aşağıda qeyd olunan istiqamətlər üzrə ödənişli təlimlərə start verir:

15.01.2017

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədi ilə peşəkar mühasib təşkilatları ilə əməkdaşlığa başlayıb. Beləki,  Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanıb.