Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat üçotu üzrə növbəti təlimlər keçirilir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat üçotu üzrə növbəti təlimlər keçirilir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədilə təlimləri davam etdirir.

 Bu məqsədlə cari ilin oktyabr ayından Təhsil Nazirliyinin müraciətinə əsasən, onların  tabeliyində olan təşkilatların baş mühasib və mühasiblərinə "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları" üzrə təlimə start verilmişdir.

Təlim müddətində dinləyicilərə təsdiq olunmuş tədris proqramına uyğun olaraq, beynəlxalq mühasibat uçotunun əsasları, maliyyə hesabatlarının hazırlanması üçün nəzəri və praktiki vərdişlər tədris olunacaqdır.