Elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi xarici elmi nəşrlərdə elmi məqalələr nəşr etdirmək istəyən şəxsləri "Elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması " təliminə dəvət edir.

 

Təlim keçiriləcək yer:  Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan

Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50

E-poçt ünvanı: office@tedris-maliyye.gov.az;   metm2002@gmail.com

Tədris dili:     Azərbaycan

Təlimin məzmunu haqqında ümumi məlumat:

Hazırda respublikamızda tədqiqatla məşğul olan mütəxəssislərin elmi məqalələrinin dünyanın aparıcı nəşrlərində çap olunması günümüzün aktual problemlərindən biridir. Aydındır ki, məqaləsinin dünyanın aparıcı, yüksək indeksli jurnallarında, nəşrlərində yer tapması həm müəlifin özü üçün yüksək bir göstəricidir, həm də ümumən ölkəmizin imicinə olduqca müsbət təsir edir. Bu sahədəki boşluqlar bir sıra başqa səbəblərlə yanaşı,  həm də mütəxəssislərimizin öz dəyərli nəticələrini yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindədir. Bir sıra hallarda təqdim olunan məqalələr yüksək indeksli nəşrlərdə qəbul edilmir. Sadəcə olaraq bu sahədə təcrübə çatışmamazlıqları vardır. Bu çatışmamazlıqları aradan qaldırmaq üçün mütəxəssislərimizin xüsusi  kurslar, treninqlər  keçməsinə böyük ehtiyac vardır.

Təlim kimlər üçün hazırlanıb?

Təlim proqramı elmi tədqiqatla məşğul olub qabaqcıl xarici nəşrlərdə məqalə çap etdirmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Təlimin davametmə müddəti və təşkili:

Təlimin ümumi tədris yükü 30 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.

Təlimin proqramı:

Təlim proqramı aşağıdakı movzuları əhatə edir. 

  Mövzuların adı Saat
1 Qabaqcıl nəşrlərin maraq dairəsində olan mövzular  2
2 Elmi araşdırmaların aparılması metodikası 6
3 Məqalələrin, kitabların hazırlanmasında diqqət verilməsi vacib olan komponentlər 4
4 Məqalələrin beynəlxalq standartlara uyğun strukturu  2
5 Təqdim olunan məqalənin aktuallığının, elm aləminə nə kimi yenilik gətirməsinin konkret olaraq əsaslandırlması 2
6 Tədqiqatın mahiyyətinin açılma qaydası  2
7 Tədqiqatın nəticələrinin konkret ifadə olunması  2
8 Elmi mənbələrdən istifadə qaydası 2
9 Beynəlxalq nəşrlərlə əlaqə  2
10 Hər bir dinləyicinin beynəlxalq standartlara uyğunyoxlama üçün hazırladığı məqalələrin  seçilməsi 6

Təlim iştirakçılarının sayı:

10-12 nəfərədək

Təhsil siyasətimiz:

Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir. 

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Bizi fərqləndirən əsas cəhətlər:

  • Peşəkar idarəçilik  və təlimçilər komandası
  • Müasirbilikstandartlarınıntətbiqi
  • Hərbirdinləyiciyəfərdiyanaşmametodikası
  • Sizi ilk növbədəsertifikatladeyil, bilikvəbacarıqlatəminetmək
  • Təlimlərdən sonra da hər zaman dəstək olmaq

Təlimin başlama tarixi: 4 mart 2017-ci il
Təilm günləri: Şənbə və ya həftə içi: 10:00 – 13.30 və ya 14.00-17.30; 19.00 - 21.00.
Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.

Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 30 saat
Təlimin ümumi qiyməti – 200 AZN 

Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz:

http://tedris-maliyye.gov.az/

https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/

Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici sertifikatı təqdim ediləcəkdir.