Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “Tələbə gənclərin peşəkar inkişafına dəstək” layihəsinə start verilmişdir

Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “Tələbə gənclərin peşəkar inkişafına dəstək” layihəsinə start verilmişdir

28 dekabr 2017 - ci il tarixində Maliyyə Elm-Tədris Mərkəzində İlin yekunları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə cari il ərzində görülmüş işlər və növbəti ildə nəzərdə tutulmuş layihələr haqqında müzakirələr aparılmışdır.

Tədbirin əsas məqamlarından biri “Tələbə gənclərin peşəkar inkişafına dəstək” layihəsinə start verilməsi oldu. Layihə çərçivəsində ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsində təhsil alan tələbələr arasından iki mərhələli müsabiqə əsasında 20 nəfər seçilərək Maliyyə Elm - Tədris Mərkəzi tərəfindən ödənişsiz təlimlərə cəlb ediləcəkdir.

Maliyyə Elm-Tədris Mərkəzi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosasiyası (ARPA) arasındakı razılaşmaya əsasən həmin şəxslər cəlb edildiyi təlimlər üzrə Mühasiblərin Peşəkar Sertifikasiyası (MPS) Proqramı üçün imtahan ödənişlərindən azad olunaraq müvafiq sertifikat əldə etmək imkanına malik olacaqlar.

Növbəti ildə də müxtəlif sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.