Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimlərə başlayıb

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimlərə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 21 fevral tarixində Sumqayıt şəhərində seminar keçirilib.
Tədbirdə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin təşviqi və mühasibat uçotunun təşkili ilə bağlı müzakirələr aparılıb, sahibkarlıq subyektlərini maraqlandıran suallar cavablandırılıb.
Növbəti tədbirlərin Bakı şəhərində və respublikanın bölgələrində keçirilməsi nəzərtə tutulur.