Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin nəzərinə!

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin nəzərinə!

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq “Mühasibat uçotu” üzrə bilik yarışması elan edir.

Test və yazılı şəkildə təşkil ediləcək müsabiqənin nəticəsi üzrə qaliblərə Təşkilat Komitəsi tərəfindən üç mükafat (Mərkəz tərəfindən təşkil olunan təlimlərdə əvəzsiz olaraq iştirak etmək üçün I yer alan iştirakçı üçün - 500 /beş yüz/ manat məbləğində təlim paketi və praktiki təcrübə; II yer üçün - 300 /üç yüz/ manat məbləğində təlim paketi; III yer üçün isə - 200 /iki yüz/ manat məbləğində təlim paketi) və Mərkəzin “Sertifikatı”nın verilməsi nəzərdə tutulmuşdur.

İştirak üçün 25 oktyabr 2019-cu il tarixinədək tedrismaliyye@gmail.com elektron ünvanında (adı və soyadı oxuduğu ali təhsil müəssisəsinin adı, ixtisası və əlaqə nömrəsi) qeydiyyatdan keçmək tələb edilir (Əlaqə nömrəsi – (012) 404-81-59).

Müsabiqədə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edə bilərlər.

Müsabiqənin keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir.