Maliyyə Nazirliyi KOS subyektləri üçün regionlarda növbəti təlimlər kecirmişdir

Maliyyə Nazirliyi KOS subyektləri üçün regionlarda növbəti təlimlər kecirmişdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 14.11.2019-cu il tarixində Zaqatala, 15.11.2019-cu il tarixində isə Göyçay şəhərlərində seminarlar keçirilib.Tədbirlərdə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin təşviqi və mühasibat uçotunun təşkili ilə bağlı müzakirələr aparılıb, sahibkarlıq subyektlərini maraqlandıran suallar cavablandırılıb. Növbəti tədbirlərin respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.