Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

19 fevral 2020-ci il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən,  Mərkəzin 2019-cu il üzrə fəaliyyəti, Elmi Şuranın 2020-ci il üçün iş planının, tədris plan-qrafikinin, 2020-cil il ərzində təşkil olunacaq təlimlər üzrə tədris proqramlarının  təsdiqi məsələləri müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir.
Bunlarla yanaşı, iclasda  Mərkəzin işçilərinin 2020-ci ildə yerinə yetiriləcək təqdimatlarının  mövzuları  təsdiq edilmiş və digər cari məsələlərə də baxılmışdır.
Müzakirəyə çıxarılan məsələlər Elmi Şura üzvləri tərəfindən dəstəklənərək qəbul edilmiş və Mərkəzin gələcək inkişafı və fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilmişdir.